BÜDCƏ

Büdcəyə yenidən baxıla bilər
30 APREL
239

Büdcəyə yenidən baxıla bilər

2018-04-30 12:09:00

“Milli Məclisdə may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Çünki 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollara yaxındır”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, dövlət büdcəsindən bəzi sahələrə  əlavə vəsait ayrıla bilər.

“Bildiyimiz ki, ölkə başçısı Strateji Yol Xəritəsini təsdiq edib. Həmin xəritəyə uyğun olaraq elə sahələr var ki, onların inkişafı çox vacibdir.

Xüsusilə də, kənd təsərrüfatı, turizm sahələri, dövlət büdcəsi ilə maliyyələşən təşkilatlardan məvacib alanların əməkhaqqlarıdır. Hesab edirəm ki, bu sahələrə baxılmalıdır.

Ümumiyyətlə, hökumət büdcəyə baxıb, hansı sahəyə əlavə vəsaitin ayrılmasını vacib hesab edirsə, o sahəyə də vəsait ayrılır. Mən də deputat olaraq hesab edirəm ki, qeyd etdiyim sahələrə daha çox diqqət edilməlidir”.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib.

Mərkəzləşdirilmiş gəlirlər 19 473 650,0 min manat, yerli gəlirlər 653 350,0 min manat, mərkəzləşdirilmiş xərclər 20 323 075,0 min manat, yerli xərclər 723 925,0 min manat müəyyənləşdirilib.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277