BÜDCƏ

Deputatların sayı azaldı – SƏBƏBLƏR
21 APREL
1217

Deputatların sayı azaldı – SƏBƏBLƏR

2018-04-21 21:46:00

Milli Məclisin deputatlarının sayı 125-dən 122-yə düşüb.

Modern.az-ın xəbərinə görə, ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.

Bu səbəbdən yaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.

Qeyd edək ki, R.Rzayevin Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı 125-dən 122-yə enmiş olacaq.

Bu yerdə qeyd edək ki, 5-cı çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.

Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, M.Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisi erməni işğalında olan Cəbrayıl və Qubadlı rayonlarını, R.Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260