BÜDCƏ

Sabah Milli Məclisin iclası keçiriləcək, yeni Baş nazir seçiləcək
20 APREL
465

Sabah Milli Məclisin iclası keçiriləcək, yeni Baş nazir seçiləcək

2018-04-20 16:55:00

Sabah - aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə  Parlamentin mətbuat xidmətindən bildirilib.

Fins.az-ın məlumatına görə, iclasda Azərbaycanın yeni Baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260