BÜDCƏ

Neft Fondu AÇG və “Şahdəniz” layihələrindən 133 mlrd. dollardan çox qazanıb
19 APREL
257

Neft Fondu AÇG və “Şahdəniz” layihələrindən 133 mlrd. dollardan çox qazanıb

2018-04-19 16:50:00

 İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 133,057 mlrd. dollar daxil olub.

Fins.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il aprelin 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından Fonda 130,551 mlrd. dollar daxil olub. Bu həcmin 2,065 mlrd. dolları bu ilin əvvəlindən daxil olan vəsaitdir.

2007-ci ildən isə “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda daxil olan məbləğ 2,506 mlrd. dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259