BÜDCƏ

Əhalinin aztəminatlı hissəsinə hər ay 12 mln. manat ünvanlı dövlət sosial yardımı ödənilir
16 APREL
196

Əhalinin aztəminatlı hissəsinə hər ay 12 mln. manat ünvanlı dövlət sosial yardımı ödənilir

2018-04-16 11:08:00

"Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində maddi vəziyyət ilə uzlaşdırılaraq ehtiyaclılıq şərti əsasında təyin edilən və aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir".

Fins.az xəbər verir ki bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.

"2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 milyon manat xərclənib ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir", - deyə nazir vurğulayıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271