BÜDCƏ

Ötən il dövlət büdcəsindən təhsilə ayrılan vəsait – BƏLLİ OLDU
12 APREL
439

Ötən il dövlət büdcəsindən təhsilə ayrılan vəsait – BƏLLİ OLDU

2018-04-12 13:32:00

Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil sistemində aparılan islahatlar bu sahədə müsbət dəyişikliklərə zəmin yaradır.

Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği ildən-ilə artır və bu xərclərin nəzərə çarpacaq dərəcədə artması ölkə başçısının təhsil sahəsini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır.

Fins.qaz xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibəsində deyib.

O bildirib ki, 2017-ci ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil edib:

“2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil alıb. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilib və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılıb.

Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib. Yeni nəsil dərsliklər hazırlanb və bütün şagirdlərə pulsuz verilib.

“Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçib.

Bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub.

Eyni zamanda, prezident İlham Əliyevin 2009-cu il 22 may tarixli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır”.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256