BÜDCƏ

Prezident yanında Apellyasiya Şurasının siyahısı yeniləndi – TƏYİNATLAR VAR
06 APREL
313

Prezident yanında Apellyasiya Şurasının siyahısı yeniləndi – TƏYİNATLAR VAR

2018-04-06 12:19:00

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibində bir sıra dəyişiklər baş verib.

Bu barədə Fins.az Azərbaycan Prezidenti saytına istinadən xəbər verir. Siyahı ötən gün, yəni, 5 aprel 2018-ci il tarixində təsdiq edilmişdir.

Şuranın sədri dəyişməz qalaraq Prezidentinin Administrasiyasının (PA) Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev olub.

Təyinatlardan biri Şura sədrinin müavini Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini Mehdi Dadaşov təyin edilib.

Yeni təsdiq olunmuş Şuranın digər üzvləri belədir:

Rüfət Məmmədov (yeni) – PA-nın Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri

Vüsal İsayev – PA-nın Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Süleyman Qəmbərov – APA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri

Feyruz Mustafayev – PA-nın İqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi

Bəhram Məmmədli – PA-nın Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Elturan Babayev – PA-nın Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Vilayət Abdullayev (yeni)– Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi.”.

Prezidentinin Administrasiyası işçiləri Anar Əliyev və Niyazi Əliyevin adları siyahıdan çıxarılıb.

Qeyd edək ki, siyahı Azərbaycan Prezidenti tərəfindən 2016-cı il 3 fevral tarixli 761 nömrəli fərmanı ilə təsdiq olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279