BÜDCƏ

Energetika Nazirliyi Hökumət Evini tərk edir
03 APREL
763

Energetika Nazirliyi Hökumət Evini tərk edir

2018-04-03 10:59:00

Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır. 

Fins.az xəbər verir ki, dünəndən nazirliyin apararı yeni ünvana köçürülməsinə başlanılıb. 

Bundan sonra qurum Heydər Əliyev mərkəzi, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir. 

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260