BÜDCƏ

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb - SİYAHI
27 MART
326

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb - SİYAHI

2018-03-27 19:20:00

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 Fins.az ın məlumatına görə, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 manatı Təhsil Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

2

Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

3

Neftçala rayonu Qaraqaşlı kənd  56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

4

Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

5

Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

7

Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

8

Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

9

İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

315 000

10

Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

11

Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

12

Beyləqan rayonu Gödəklər kənd   96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

 

Cəmi

4 172 000

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259