BÜDCƏ

Bu ilin 2 ayında dövlət büdcəsi 140 mln. manatlıq profisitlə icra olunub
16 MART
256

Bu ilin 2 ayında dövlət büdcəsi 140 mln. manatlıq profisitlə icra olunub

2018-03-16 12:22:00

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 609,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 469,6 mln. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin icrasında 139,9 mln. manatlıq profisit yaranıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövr ilə müqayisədə 12% artaraq 1 mlrd. 393,1 mln. manata, xərcləri isə 5,6% artaraq 976,5 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 416,6 mln. manatlıq profisit ümumi daxili məhsulun 6,9 %-ni təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257