BÜDCƏ

Ötən il məhkəmələrdə 122 mln. manatlıq iddianın dövlət büdcəsinə yönəldilməsinin qarşısı alınıb
09 MART
313

Ötən il məhkəmələrdə 122 mln. manatlıq iddianın dövlət büdcəsinə yönəldilməsinin qarşısı alınıb

2018-03-09 14:04:00

2017-ci ildə Maliyyə Nazirliyi420 məhkəmə işi üzrə 587 məhkəmə iclasına cəlb olunub.

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olub ki, məhkəmə prosesləri zamanı ümumilikdə, dövlət büdcəsindən 122 mln. manatdan artıq iddia tələbinin dövlət büdcəsinə yönəldilməsinin qarşısını alınıb.

Hesabata əsasən dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi sistemli olaraq yoxlanılmış və nəticədə bəzi hallarda büdcə vəsaitinin təyinatından yayındırıldığı, bir neçə halda isə büdcə vəsaitinin israfçılığına yol verildiyi aşkar olunub.

Sənəddə vurğulanıb ki, dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7367,9 min manat vəsaitin 4673,7 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, ümumilikdə aşkar edilmiş artıq ödənişlərin 10 nəzarət obyekti üzrə 2331,8 min manat hissəsinə dair yoxlama materiallarında mənimsəmə əlamətləri müşahidə edildiyi nəzərə alınaraq bu nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256