BÜDCƏ

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 21% artıb
09 MART
164

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 21% artıb

2018-03-09 12:49:00

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 445 mln. 751,90 min manat daxil olub.

Fins.az xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 76 mln. 850,40 min manat və ya 20,83% artıb.

Ötən iki ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 mln. 453,70 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 mln. 710 min manat, aksizlər üzrə 13 mln. 170,90 min manat, yol vergisi üzrə isə 5 mln. 417,30 manat təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267