BÜDCƏ

Gömrük Komitəsi fevralda dövlət büdcəsinə köçürdüyü – VƏSAİTİ AÇIQLADI
06 MART
401

Gömrük Komitəsi fevralda dövlət büdcəsinə köçürdüyü – VƏSAİTİ AÇIQLADI

2018-03-06 13:00:00

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 219 mln. 663,6 min manat təşkil edib.

Fins.az xəbər verir ki, 2017-ci ilin fevral ayı ilə müqayisədə daxilolmalar 24 mln. 724,7 min manat və ya 12,68% çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə daxilolmalar 6 mln. 424,7 min manat və ya 2,84% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 mln. 983,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 151 mln. 691,1 min manat, aksizlər üzrə 6 mln. 390,2 min manat, yol vergisi üzrə isə 2 mln. 599,2 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259