BÜDCƏ

Deputatın, MSK üzvlərinin və Ombudsmanın pensiya təminatı ilə bağlı qanuna dəyişiklik edilib
06 MART
367

Deputatın, MSK üzvlərinin və Ombudsmanın pensiya təminatı ilə bağlı qanuna dəyişiklik edilib

2018-03-06 12:43:00

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Fins.az-ın məlumatına görə, layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

“Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

Layihələr səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260