BÜDCƏ

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək
05 MART
250

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

2018-03-05 11:05:00

 Vergilər naziri Mikayıl Cabbarov martın 9-da, saat 11:00-də Quba rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. 

Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Quba şəhər,i Yeni körpü 1 ünvanında yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 5-8 mart tarixlərində adı çəkilən Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

"Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər", - deyə məlumatda qeyd edilib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256