BÜDCƏ

Texniki tənzimləmə sahəsində bildirişlərin verilməsi üçün Məlumat Mərkəzi yaradılacaq
23 FEVRAL
225

Texniki tənzimləmə sahəsində bildirişlərin verilməsi üçün Məlumat Mərkəzi yaradılacaq

2018-02-23 17:09:00

Bu gün Milli Məclisin plenar iclasında “Texniki Tənzimləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 4 fəsil, 18 maddədən ibarət olan qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir. 

Qanun layihəsinə əsasən, dövlət texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edəcək, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətini, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığı təmin edəcək. Bundan başqa, yeni qanun layihəsi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə milli standartlaşdırma qurumu tərəfindən Məlumat Mərkəzi yaradılacaq. Eyni zamanda, istehlak bazarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq. Qanun layihəsi səsə qoyularaq I oxunuşda təsdiq olunub.

Eləcə də bax: Qoz və fındıq bahalaşır – 30 manat olacaq?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267