BÜDCƏ

Deputatlar bu gün toplaşır, 19 məsələ müzakirə ediləcək
23 FEVRAL
303

Deputatlar bu gün toplaşır, 19 məsələ müzakirə ediləcək

2018-02-23 10:03:00

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Fins.az-ın məlumatna görə, iclasda əvvəlcə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında məsələyə baxılacaq.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Yeyinti məhsulları haqqında", "Standartlaşdırma haqqında", "Fitosanitar nəzarəti haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267