BÜDCƏ

Yanvar ayında 6 milyard manatdan çox ÜDM istehsal olunmuşdur
20 FEVRAL
242

Yanvar ayında 6 milyard manatdan çox ÜDM istehsal olunmuşdur

2018-02-20 09:46:00

2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 6 milyard 49,5 milyon manat təşkil etmişdir. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini təşkil etmişdir. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmış, neft bölməsində isə 0,5 faiz azalmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271