BÜDCƏ

Artur Rasi-zadə Energetika Nazirliyinin kollegiyasının tərkibini dəyişdirib
19 FEVRAL
456

Artur Rasi-zadə Energetika Nazirliyinin kollegiyasının tərkibini dəyişdirib

2018-02-19 16:56:00

 Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Fins.az xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

energetika nazirinin müavinləri;

Energetika Nazirliyinin Aparatının rəhbəri;

Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255