BÜDCƏ

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq
19 FEVRAL
1901

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

2018-02-19 14:17:00

Azərbaycanda tarif (vəzifə) maaşı ilə bərabər əmək haqqına əlavə, mükafat və işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə bağlı olan digər ödənişlər işsizlikdən sığorta haqqına cəlb ediləcək.

Fins.az-ın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və fevralın 17-dən qüvvəyə minən “İşsizlikdən sığorta üzrə rüblük hesabat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qeyd edək ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri  sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi  və sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258