BÜDCƏ

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclası keçirilir
15 FEVRAL
136

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclası keçirilir

2018-02-15 10:27:00

Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclası keçirilir.

Fins.az xəbər verir ki, iclas açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək.

Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. 

Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub.

Dördüncü hissədə isə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi perspektivləri, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) və İon-Adriatik Kəməri (IAP) istiqamətləri üzrə məruzələr dinləniləcək.

Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.

Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276