BÜDCƏ

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
15 FEVRAL
195

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

2018-02-15 10:05:00

Milli Məclisin fevralın 23-də keçiriləcək iclasın gündəliyi açıqlanıb.

Fins.az-ın xəbərinə görə, iclasda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi və təhsil  sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında, “Patent haqqında” qanunda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, “Baytarlıq haqqında” qanunda, “Fitosanitar nəzarət haqqında” qanunda, “Yeyinti məhsulları haqqında” qanunda, “Standartlaşdırma haqqında” qanunda, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” qanunda və “Texniki tənzimləmə haqqında” qanunda dəyişikliklər edilməsi haqqinda qanun layihələri müzakirə ediləcək.

İclasın gündəliyinə, həmçinin Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253