BÜDCƏ

Prezident Administrasiyası sahibkarların Vergilər Nazirliyi ilə bağlı əsas şikayətlərini açıqlayıb
14 FEVRAL
156

Prezident Administrasiyası sahibkarların Vergilər Nazirliyi ilə bağlı əsas şikayətlərini açıqlayıb

2018-02-14 13:38:00

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Fins.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirib.

“Yanar Dağ QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər", - deyə S.ismayılov vurğulayıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300