BÜDCƏ

Azərbaycanda gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında elektron qaydada məlumat əldə ediləcək
14 FEVRAL
90

Azərbaycanda gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında elektron qaydada məlumat əldə ediləcək

2018-02-14 12:35:00

Dövlət Gömrük Komitəsi“Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

Fins.az-ın məlumatına görə, fevralın 10-dan qüvvəyə minmiş reqlamentə əsasən Dövlət Gömrük Komitəsitərəfindən "www.e-gov.az" və "dgk.gov.az/az/e-xidnew.html" elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə Azərbaycanda qeydiyyatdan keçmiş xarici ticarət iştirakçıları onlara ünvanlanmış (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əsasında), gömrük sərhəd buraxılış məntəqələrindən respublika ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

Xidmət istifadəçilər üçün daim açıqdır. Xidmət istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır. Sorğu istifadəçinin gücləndirilmiş elektron imzasında göstərilən VÖEN əsasında avtomatik olaraq formalaşdırılır. İstifadəçinin gücləndirilmiş elektron imzası əsasında formalaşdırılmış sorğu sistem tərəfindən avtomatik olaraq qəbul edilir. Sorğunun yerinə yetirilməsindən imtina halları nəzərdə tutulmayıb.

Sorğunun icrası nəticəsində istifadəçilər real vaxt rejimində elektron xidmət vasitəsilə onlara ünvanlanmış, gömrük sərhəd buraxılış məntəqələrindən ölkə ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300