BÜDCƏ

Azərbaycanda differensial ƏDV-nin tətbiqi təklif olunur
13 FEVRAL
338

Azərbaycanda differensial ƏDV-nin tətbiqi təklif olunur

2018-02-13 10:52:00

"Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir". Fins.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən deputat Vahid Əhmədov deyib.

V.Əhmədov təklif edib ki, ƏDV-nin dərəcəsi differensiallaşdırılmalıdır: "Təklif edirəm ki, bizdə də ƏDV differensiallaşmalıdır. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozu 7 mlrd. manat yazaraq Nazirliyi zərbə altına qoymaqla nəyə nail olacağıq? Gərək Nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər".

Sonda millət vəkili bütün vergi ödəyicilərini prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254