BÜDCƏ

Prezident İlham Əliyev: “Avropa ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”
08 FEVRAL
206

Prezident İlham Əliyev: “Avropa ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”

2018-02-08 15:47:00

“Avropa ölkələri ilə yaxın münasibətlərimiz var. Keçən ilAvropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanır.Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir.”.

Fins.az məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan müasirliyə gedən yoldadır: “Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Bu, artıq dünya ictimaiyyəti üçün açıq kitab kimi bir anlayışdır və indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253