BÜDCƏ

Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 11% artıb
08 FEVRAL
157

Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 11% artıb

2018-02-08 11:34:00

Azərbaycanın valyuta ehtiyatları 2018-ci il yanvarın 1-nə 41 141,1 mln. ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bunun 87,03%-i və yaxud 35 806,5 mln. dolları Azərbaycan Dövlət Neft Fondu (ARDNF), 12,97%-i və yaxud 5 334,6 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 46,4 mln. dollar və yaxud 0,11% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 213,5 mln. dollar və yaxud 0,59% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 167,1 mln. dollar və yaxud 3,23% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 4 019,7 mln. dollar və yaxud 10,83% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 659,5 mln. dollar və yaxud 8,02%, AMB-nin valyuta ehtiyatları isə 1 360,2 mln. dollar və yaxud 34,22% artıb.

  ARDNF-in 
valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin 
valyuta ehtiyatları
(mln. ABŞ olları)
Azərbaycanın 
valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
01.07.2017 34 790,9 4 964,1 39 755,0
01.04.2017 33 207,2 4 432,7 37 639,9
01.01.2017 33 147,0 3 974,4 37 121,4
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276