BÜDCƏ

"Ehtiyatlarımızı 4,5 milyard artırmışıq "- İLHAM ƏLİYEV
10 YANVAR
194

"Ehtiyatlarımızı 4,5 milyard artırmışıq "- İLHAM ƏLİYEV

2018-01-10 18:36:00

2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu və qeyri-neft sektoru artıb. Qeyri-neft sənayesi
3,6%, kənd təsərrüfatı isə 4,1% artıb.

 Prezident qeyd edib ki, ötən il bir çox önəmli layhə icra edilib: “Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221  min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301