BÜDCƏ

"PwC": Bu il dünya iqtisadiyyatı son 7 ilin ən sürətli artımı ilə üzləşəcək
10 YANVAR
290

"PwC": Bu il dünya iqtisadiyyatı son 7 ilin ən sürətli artımı ilə üzləşəcək

2018-01-10 12:34:00

2018-ci ildə dünya iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə 4%-ə yaxın artım əldə edərək cari qiymətlərlə 5 trln. dollar artacaq.

Fins.az xəbər verir ki, bu proqnozu "PwC" beynəlxalq audit və konsaltinq şirkəti "Global Economy Watch" adlı hesabatında verib.

"Dünya iqtisadiyyatında artım genişmiqyaslı və sinxron olacaq, bir neçə ölkədən asılı olmayacaq. Artımın əsas hərəkətverici qüvvələri ABŞ, Asiya və avrozonanın inkişaf etmiş ölkələri olacaq ki, onların qlobal iqtisadi artımda payları təxminən 70% təşkil edəcək", - hesabatda bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, avrozona iqtisadiyyatı 2018-ci ildə 2%-dən çox artacaq. Çin iqtisadiyyatı 6-7% artım göstərəcək. G-7 ölkələrində işsizlik son 40 ilin minimal səviyyəsinə geriləyəcək və 5%-dən aşağı olacaq. Bununla yanaşı, 2018-ci ildə elektrik enerjisində qlobal kəsir rekord həddə çatacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259