BÜDCƏ

Nazir: "Manat bahalaşacaq"
28 DEKABR 2017
447

Nazir: "Manat bahalaşacaq"

2017-12-28 09:30:00

"2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub".

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari il sabitləşmə ili kimi yadda qalacaq. Nazir bildirib ki, bu il  2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib.

"Artıq məmnunluqla qeyd etmək olar ki, prezident İlham Əliyevtərəfindən aparılan məqsədyönlü tədbirlər öz nəticələrini verib. Belə ki, artıq 11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib. Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub. Milli valyutamızın məzənnəsi sabitləşib. İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə baş verib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir", - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276