BÜDCƏ

Bunlar gömrük idxal rüsumundan – AZAD EDİLDİ
26 DEKABR 2017
536

Bunlar gömrük idxal rüsumundan – AZAD EDİLDİ

2017-12-26 16:52:00

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən musiqi alətlərin hissələri və ləvazimatları gömrük rüsumundan azad edilib.

Fins.az-ınməlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən musiqi alətlərinin hissələrinə və ləvazimatlarına – musiqi alətlərinin simləri, ortepiano hissələri və ləvazimatları, musiqili sandıqçaların mexanizmləri, mexaniki alətlər üçün kartlar, disklər, vallar, metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalara  3 faiz idxal gömrük rüsumunun tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, musiqi alətlərin tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301