BÜDCƏ

DSMF-nin 2018-ci il büdcəsi təsdiqlənib
26 DEKABR 2017
186

DSMF-nin 2018-ci il büdcəsi təsdiqlənib

2017-12-26 16:15:00

Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanunu imzalayıb.

Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun) 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilib.

2018-ci ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

  Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. Məcburi dövlət sosial sığorta haqları, cəmio cümlədən: 2 273 260 000,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 738 100 000,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlərüzrə 100 600 000,0
1.3. büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 26 300 000,0
1.4. digər sığortaedənləro cümlədən: 1 408 260 000,0
  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərüzrə 60 000 000,0
2. Sair gəlirlər, cəmio cümlədən: 5 500 000,0
  Sanatoriya-kurort yollayışlarının qismən dəyəriüzrə daxilolmalar 1 800 000,0
3. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 300 000 000,0

Müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər üzrə xərclər 3 495 100 000,0
1.1. əmək pensiyalarının ödənilməsi xərcləri 3 407 000 000,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 88 100 000,0
1.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 23 300 000,0
1.2.2. hamiləliyə və doğuşa görə 28 500 000,0
1.2.3. uşağın anadan olmasına görə 7 200 000,0
1.2.4. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000,0
1.2.5. dəfn üçün 15 700 000,0
2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 20 000 000,0
2.1. sanatoriya-kurort müalicəsi və istirahət üçünyollayışların alınmasına 15 530 000,0
2.2. sığortaolunanların uşaqlarının sağlamlıqdüşərgələrində istirahətinin təşkilinə 340 000,0
2.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibbxidməti və ştatların saxlanılmasına 210 000,0
2.4. Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının idman cəmiyyətlərinə məxsusidman qurğularının qismən saxlanılmasına

(işçilərin əməkhaqqının ödənilməsi)

2 600 000,0
2.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqimüfəttişliyinin, etimadlı həkimlərin,sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların

saxlanılmasına

1 320 000,0
3. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 500 000,0
4. Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 41 500 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 60 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
5.2. Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
6. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri 1 600 000,0

Müvafiq icra hakimiyyəti orqanının aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının yerli orqanlarının xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301