BÜDCƏ

Dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borclar təhlil olunub
26 DEKABR 2017
220

Dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borclar təhlil olunub

2017-12-26 15:45:00

 Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlilinə dair hesabatlar dinlənilib. 

Fins.az-ın verdiyi xəbərə görə, iclasda Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinə, Prezidentin Ehtiyat Fondundan çoxmənzilli binaların əsaslı təmiri üçün ayrılan vəsaitlərin istifadəsinin təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255