BÜDCƏ

Azərbaycanda qeyri-neft ÜDM-i 2,4% artıb
14 DEKABR 2017
177

Azərbaycanda qeyri-neft ÜDM-i 2,4% artıb

2017-12-14 12:00:00

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 mlrd. 71,3 mln. manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 40,1%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft bölməsində isə 5,1% azalıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301