BÜDCƏ

Azərbaycan 2016-cı ildə neft ixracından 5,5 milyard dollardan çox gəlir əldə edib
08 DEKABR 2017
325

Azərbaycan 2016-cı ildə neft ixracından 5,5 milyard dollardan çox gəlir əldə edib

2017-12-08 15:40:00

2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barrel neft satılıb.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycanın 2016-cı ildə hasilat sənayesində şəffaflıq haqqında yekun hesabatda deyilir.

Satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.

Azərbaycan neftinin 2016-cı ildə ən iri alıcıları “Exxon” (631,78 milyon dollar məbləğində 14,55 milyon barrel), TOTSA (421,1 milyon dollar məbləğində 10,46 milyon barrel), ENI (305,76 milyon dollar məbləğində 7,38 milyon barrel), “Petrofag” (246,57 milyon dollar məbləğində 5,86 milyon barrel), “Glencore” (239,13 milyon dollar məbləğində 5,29 milyon barrel) və BP (181,18 milyon dollar məbləğində 3,89 milyon barrel) şirkətləri olub.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251