BÜDCƏ

Xam ipəyin gömrük rüsumu 10 dəfə artırılır
08 DEKABR 2017
498

Xam ipəyin gömrük rüsumu 10 dəfə artırılır

2017-12-08 15:30:00

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən açılmağa yararlı barama qurdunun baraması, eşilməmiş xam ipək, pərakəndə satış üçün qablaşdırılmamış ipək sapa tətbiq edilən gömrük idxal rüsumları artırılacaq.  

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda açılmağa yararlı barama qurdunun baraması idxal gömrük rüsumundan azaddır, eşilməmiş xam ipəyə 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən açılmağa yararlı barama qurdunun baraması və eşilməmiş xam ipəyə 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq. İpək tullantılarından iplik istisna olmaqla, pərakəndə satış üçün qablaşdırılmamış ipək sapa tətbiq edilən 5 faiz idxal gömrük rüsumu da 15 faizə qaldırılır.  

Pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarından iplikdən ağardılmamış, yuyulmuş və ya ağardılmış ipliklərə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn il də qüvvədə olacaq. Ancaq pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarından digər ipliklərə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu 15 faizə qaldırılacaq.

Pərakəndə satış üçün qablaşdırılmış ipək sap və ipək tullantılarından iplik və barama qurdunun ipək ifraz edən vəzilərindən alınan lifə və ipək tullantılarına (açılmaq üçün yararsız barama, barama sapının tullantıları və didilmiş xammal da daxil olmaqla) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253