BÜDCƏ

BP büdcəyə ən çox mənfəət vergisi ödəyən xarici neft-qaz şirkətidir – HESABAT
08 DEKABR 2017
494

BP büdcəyə ən çox mənfəət vergisi ödəyən xarici neft-qaz şirkətidir – HESABAT

2017-12-08 14:52:00

Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri 2016-cı ildə dövlət büdcəsinə 258,8 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

Fins.az xəbər verir ki, bu barədə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən aparılan 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının yekun versiyasında qeyd edilib.

Hesabata əsasən, ötən il dövlət büdcəsinə 15 xarici şirkət mənfəət vergisi ödəyib.

BP şirkəti dövlət büdcəsinə 94,4 mln. dollar məbləğində mənfəət vergisi ödəyərək digər 14 şirkəti qabaqlayıb.

Yaponiyanın "Inpex" (44,7 mln. dollar), ABŞ-ın "Chevron" (23,8 mln. dollar) və "ExxonMobil" (19,2 mln. dollar) şirkətləri də dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər sırasındadır.

Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkətin dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin ümumi məbləği 253,3 mln. dollardır.

Qalan 6 şirkət isə dövlət büdcəsinə 5,5 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

Bununla yanaşı, "AzGerneft" şirkəti 300 min manat, "Zenith Aran Oil Company limited" isə 4,8 mln. manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə köçürüb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258