BÜDCƏ

Azərbaycanda vergi yükü 40%-dən azdır – İCMAL
07 DEKABR
157

Azərbaycanda vergi yükü 40%-dən azdır – İCMAL

2017-12-07 15:46:00

Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.

Fins.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın indeksi 83,79-a bərabərdir.

İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287