BÜDCƏ

Yeni Ombudsmanın seçilməsi təxirə salındı
04 DEKABR 2017
292

Yeni Ombudsmanın seçilməsi təxirə salındı

2017-12-04 17:05:00

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq.

Fins.az-ın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.

Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanında hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni Ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254