BÜDCƏ

Neft Fondu bu il hərraclarda nə qədər vəsait satıb? – RƏSMİ
04 DEKABR
155

Neft Fondu bu il hərraclarda nə qədər vəsait satıb? – RƏSMİ

2017-12-04 14:44:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən fins.az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 208,9 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 318,7 mln. dollar satıb. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 34,45% azalıb.

Ümumilikdə, yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 13,32 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289