BÜDCƏ

Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu üçün yeni maliyyə mənbəyi müəyyən edilib
24 NOYABR
194

Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu üçün yeni maliyyə mənbəyi müəyyən edilib

2017-11-24 14:30:00

Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısına yeni maliyyə mənbəyi daxil edilir.

Fins.az-ın məlumatına görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Sənədə əsasən, qanunun 13-cü maddəsinə yeni, 13.2.3-1-ci maddə əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Təminat Fonduna köçürülən sərbəst qalıq dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun maliyyə mənbələrindən biri olacaq.

Qeyd edək, “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 2017-ci il 13 iyun tarixli qanuna dəyişiklik edilməsi barədə” qanunun tətbiqi məqsədi ilə hazırlanıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289