BÜDCƏ

Son on ildə Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə yatırıb
24 NOYABR
128

Son on ildə Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə yatırıb

2017-11-24 12:19:00

"Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır".

Fins.az xəbər verir ki, bunu "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin başa çatması ilə bağlı konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətində payı 35% təşkil edib. "Bu ilin doqquz ayının nəticələri göstərir ki, bu  rəqəm 35 faiz olaraq qalıb. Bu, onu göstərir ki, Avropa İttifaqı ölkələri ticarət payına görə birinci yeri tutur. Son on ildə Avropa İttifaqı ölkələrinin Azərbaycana investisiyaları 21 milyard dollar təşkil edib. Bu göstəriciyə görə də Avropa İttifaqı liderdir. İnvestisiyaların strukturunda İttifaq ölkələrinin payı 24% təşkil edir. Hazırda Azərbaycanda Avropa İttifaqının 1400-dən çox şirkəti fəaliyyət fəaliyyət göstərir", - deyə nazir bildirib.

Ş. Mustafayev əlavə edib ki, Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi üçün 8 ölkə ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. O cümlədən, 24 üzv ölkə ilə ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlər, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb: "Mən Avropa İttifaqı ilə Azərbaycan arasında xüsusilə fərqlənən enerji sahəsində əməkdaşlığı vurğulamaq istəyirəm. "Bakı-Tbilisi-Ceyhan" layihəsinin reallaşdırılması, "Cənub Qaz Dəhlizi" üzrə imzalanmış birgə bəyannamə, "Cənub Qaz Dəhlizi"nin Avropa İttifaqının prioritet infrastruktur layihələrinə daxil edilməsini vurğulamaq lazımdır. Qeyd edim ki, Avropa İttifaqı tərəfindən 1992-ci ildən Azərbaycana 595 milyon avro dəyərində yardım göstərilib".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289