BÜDCƏ

Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
24 NOYABR
165

Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib

2017-11-24 10:20:00

Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyinə 31 məsələ daxildir.

Fins.az-ın məlumatına görə, bunlar Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfinə daxil olan məsələlər, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlərdir.

Qeyd edək ki, 2018-ci il büdcə zərfinə daxil olan məsələlər 21-23 noyabr Milli Məclisdə müzakirə olunaraq təkliflərə baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub, dekabrın 1-nə kimi cavab verilməsi üçün vaxt müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289