BÜDCƏ

MM-də 2018-ci ilin büdcə zərfinin müzakirələri davam edir
23 NOYABR 2017
312

MM-də 2018-ci ilin büdcə zərfinin müzakirələri davam edir

2017-11-23 12:06:00

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi bu gün davam edəcək.

Fins.az-ın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Hökumət üzvlərinin də iştirak etdiyi iclasda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları müzakirə ediləcək.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256