BÜDCƏ

Növbəti ildə cari xərclərin 137,4 milyon manat məbləğində artımı proqnozlaşdırılıb
21 NOYABR 2017
301

Növbəti ildə cari xərclərin 137,4 milyon manat məbləğində artımı proqnozlaşdırılıb

2017-11-21 17:32:00

Dövlət büdcəsinin 9,4 milyard manat vergi gəlirlərinin, həmçinin Dövlət Neft Fondundan transfertlər və vergi gəlirləri nəzərə alınmadan 1,5 milyard manat məbləğində qeyri-vergi gəlirlərinin nəzərdə tutulması 2018-ci ilə proqnozlaşdırılmış 10,8 milyard manat məbləğində cari xərclərin tamamilə maliyyələşdirilməsinə şərait yaradacaq.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov bildirib ki, növbəti ildə cari xərclərin 137,4 milyon manat, əsaslı xərclərin 2,5 milyard manat və dövlət borcuna xidmətlə bağlı xərclərin isə 621,0 milyon manat məbləğində artımı proqnozlaşdırılıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272