BÜDCƏ

“Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib”
21 NOYABR 2017
258

“Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib”

2017-11-21 14:17:00

“Son 10 ildə Azərbaycan Respublikası Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib. Bu, böyük rəqəmdir. Bu transfert olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi. Biz hamımız bilirik ki, qloballaşan dünyada Azərbaycan balaca ölkədir və nə qədər təzyiqlər var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, hökumətin neftin qiyməti, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın inkişafı, qlobal risklərdən qorunmaq üçün möhkəm iqtisadi baza yaratmaq baxımdan kifayət qədər məqbuldur.

“Neftdən asılılığın çox olması, Neft Fondundan transfertlərin çox olması və sair kimi halların arxasında obyektiv olaraq Azərbaycan dövlətinin iqtisadi potensialının qüvvətlənməsi durur. Əgər Neft Fondundan ayırmalar olmasaydı, “Əsrin müqaviləsi” bağlanmasaydı, biz bu müqavilə hesabına Azərbaycana daxil olan gəlirlərin bir hissəsini irimiqyaslı layihələrə yönəltməsəydik, bizim bu gün  iqtisadi müstəqilliyimizdən söhbət gedə bilməzdi”. 

Z. Səmədzadə əlavə edib ki, Azərbaycan dövləti bu siyasəti davam etdirəcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254