BÜDCƏ

Nazir: "Bu il manat 10% möhkəmlənib"
21 NOYABR 2017
381

Nazir: "Bu il manat 10% möhkəmlənib"

2017-11-21 14:14:00

Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

Fins.az-ın verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", -  nazir deyib.

S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260