BÜDCƏ

Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb
21 NOYABR
106

Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

2017-11-21 09:21:00

2017-ci ilin oktyabrın 31-nə Gürcüstanın xarici dövlət borcu 4,27 mln. dollar azalaraq 5 mlrd. 1,580 mln. dollar təşkil edib.

Borcun 4,959 mlrd. dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu sentyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 8,995 mln. dollar təşkil edir.

Qonşu ölkənin ən çox Almaniya (287 mln. dollar), Yaponiya (206 mln. dollar) və Fransaya (136 mln. dollar) borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln.dollar təşkil edir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289