BÜDCƏ

Azərbaycan İrana borc verir – MƏBLƏĞ
15 NOYABR
247

Azərbaycan İrana borc verir – MƏBLƏĞ

2017-11-15 15:49:00

Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb.

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.

O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291