BÜDCƏ

Gömrük Komitəsi bu il büdcəyə 2,2 mlrd. manat köçürüb
14 NOYABR 2017
317

Gömrük Komitəsi bu il büdcəyə 2,2 mlrd. manat köçürüb

2017-11-14 12:29:00

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 168,650 mln. manat təşkil edib.

Fins.azxəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmaların həcmi 18,05% artıb.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 571,576 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 497,747 mln. manat, aksizlər üzrə 70,359 mln. manat, yol vergisi üzrə isə 28,967 mln. manat təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258